Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

Tətildən sonrakı ilk dərs günü 1 fevral 2023-cü il tarixidir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Leave a Reply