Dövlət Proqramı çərçivəsində xaricdə doktoranturaya sənəd qəbulu başlayır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir. 

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ( https://dp.edu.az/az/news/1203#.Y8-Yx3ZBzIX) və elana dair ətraflı məlumatı (https://dp.edu.az/az/content/62) müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür. 

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək. 

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (https://dp.edu.az/uploads/fileuploads/2020/03/bd40ebfbfde042ce878b642ec8cd818f.pdf

və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 

Leave a Reply