Daha iki küçədə piyadaların təhlükəsiz hərəkəti üçün infrastruktur yaradılıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən Uluqbəy küçəsinin Ağa Nemətulla və Faiq Yusifov küçələri ilə kəsişməsində təhlillər aparılmış, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə icra edildikdən öncə qeyd edilən küçələrdə aşağıda göstərilən problemlər mövcud idi:

  • Yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi,
  • Nişan və nişanlanma xətlərinin çatışmazlığı;
  • “Mübahisəli nöqtələrin” aradan qaldırılmaması;
  • Piyada infrastrukturunun qənaətbəxş olmaması;    

Yol kəsişmələrində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanaraq icra edilib. Layihənin icrasından sonra:

  • Yol kəsişmələrində svetofor vasitəsilə hərəkət növbəliliyi təmin edilib
  • Müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib
  • Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün infrastruktur yaradılıb Nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar təşkil edilib.   

Yolayrıclarında hərəkət növbəliliyinin təmin edilməsi nəticəsində nəqliyyat ə piyadaların rahat, təhlükəsiz hərəkətinə şərait yaradılıb.

Leave a Reply