Dövlət qulluqçularının reyestri yaradılacaq

Azərbaycanda dövlət qulluqçularının reyestri yaradılacaq.

TIME Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.

Dövlət qulluqçulan reyestri müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.

Bununla yanaşı, dövlət qulluqçularının irəli çəkilməsi zamanı rotasiya olunmuş şəxslərə üstünlük veriləcək.

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 32.2-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, həmçinin dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir.

Belə ki, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərar ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək. Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçulan rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.

Bundan başqa, rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.

“Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödəniş veriləcək.

Leave a Reply