Bank zəmanətlərinin reyestri dövlət satınalmaları internet portalına inteqrasiya edilib

Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri (Reyestr) yaradılıb və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Dövlət satınalmalarının vahid internet portalına (https://etender.gov.az) inteqrasiya edilib və tenderlərdə iştirak edən sahibkarların istifadəsinə verilib.

Bununla, Dövlət satınalmalarının vahid internet portalında keçirilən elektron satınalmada iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslər müvafiq bank zəmanətlərini portal vasitəsilə Reyestrdən real vaxt rejimində əldə edə və birbaşa satınalan təşkilata təqdim edə bilər.

Mərkəzi Bank maliyyə-bank xidmətlərini rəqəmsallaşdıraraq ölkədə biznes subyetklərinin maliyyə alətlərinə çıxış imkanlarının asanlaşdırılması və elektron maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.

Leave a ReplyCancel reply