Yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələrin qeydiyyatı nə vaxt başlayır?

Fevralın 17-dən etibarən 2022 -2023-cü ilin yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələrin qeydiyyatı başlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə Təhsil Tələbə Krediti Fonduna (TTKF) elektron qaydada müraciət edə bilər.

TTKF-yə müraciət etmiş 18 yaşı tamam olmayan tələbələr TTK əldə etmək üçün tələb olunan ərizəni valideynləri ilə birgə, 18 yaşı tamam olmuş tələbələr isə özləri notarial təsdiq edib www.e-ttkf.edu.az saytından qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı digər sənədlər tələb olunmur.

Payız sessiyası üçün alınan notarial qaydada təsdiqlənmiş ərizə yaz sessiyası üçün keçərlidir.

TTKF-ə müraciət etmiş lakin təhsil tələbə krediti almaq istədiyi semestrdən əvvəlki semestr üçün akademik borcu olan tələbələr TTK götürə bilməz. Bu məhdudiyyət daha əvvəlki semestrlərdə yaranmış akademik borcu olanlara şamil edilmir.

Təhsil tələbə krediti ilə bağlı ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Leave a Reply