Qadın dəm qazından zəhərlənərək ölüb

Şəxsin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı araşdırma aparılır.

TIME Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 16-ı saat 04 radələrində paytaxtın Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Gülnarə Qurbanovanın yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Leave a Reply