2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard dollar təşkil edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 23%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3%, çay ixracı isə 43% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ini təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrarsənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb.