İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşları artırılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı 1 070 manatdan 1 230 manata qaldırılıb.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Leave a Reply