Azərbaycanda pensiya islahatların növbəti mərhələsi nələri vəd edir?

Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki səfiri Peter Mixalko, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkus və həmin ölkənin Azərbaycandakı səfiri Egidijus Navikas, digər rəsmilər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

“Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin aparılan islahatlarda önəmli dəstək olduğunu vurğulayan S.Babayev layihənin ikinci fazasının da ölkəmizdə pensiya sisteminin Avropanın qabaqcıl təcrübələri əsasında təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Bildirilib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.

Layihə Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcəyi qeyd olunub.

Tədbirdə layihənin müvafiq komponentləri üzrə məlumatlar verilib, təqdimatlar edilib.

Leave a Reply