İcbari tibbi sığorta üzrə ödənişlərin həcmi artıb

Azərbaycan İqtisadiyyat Nazirliyini hesablamalarına əsasən ötən il icbari tibbi sığorta üzrə ödənişlərin həcmi artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter paylaşımında yazıb.

“Ötən ilin yekunlarına görə, icbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi əvvəlki illə müqayisədə 38,1% artaraq 822,2 mln. manata çatıb”, – nazir tvitində qeyd edib.

M.Cabbarovun onuda bildirib ki, vergi daxilolmaları 82,2% artıb:”2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15 mlrd. 541,5 mln. manat təşkil edib. Bu dövr əzrində qeyri neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 mlrd. 134,9 mln. manat olub”.

Leave a Reply