Cəfər Cabbarlının Ev-Muzeyində küləyin fəsadları tam aradan qaldırılıb

Cəfər Cabbarlının Xızıdakı Ev-Muzeyində küləyin fəsadları tam aradan qaldırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

    Leave a Reply