Dövlət İmtahan Mərkəzi (DİM) üç vakansiya elan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, DİM aparıcı məsləhətçi və auditor vəzifələrinə işçi axtarır.
Belə ki, hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.
Bununla yanaşı, daxili audit xidmətinin daxili auditor vəzifəsinə vakansiya və daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vakansiya elan edilib.