AZAL yeni reys açır

“Azərbaycan Hava Yolları” aviaşirkəti bu il martın 16-dan etibarən Bakı-Astana-Bakı marşrutu üzrə birbaşa reyslər açır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Biletləri azal.az saytında, həmçinin mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz.

Leave a Reply