Pensiyaların nə vaxt ödəniləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların köçürüləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurumun rəsmi Facebook səhifəsində əmək pensiyalarının Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 11 yanvar tarixində köçürüldüyünü qeyd edilib.

“Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə əmək pensiyalarının ödənilməsi 11 yanvar, respublika üzrə əmək pensiyalarının ödənilməsi isə 17 yanvarda nəzərdə tutulub”, – deyə sosial şəbəkə istifadəçilərinin suallarının cavablayarkən DSMF əməkdaşı bildirib.

Leave a Reply