Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 22 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Şahbağı” iran nemətləri mağazası | Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 | “Belarus Malları” mağazası | Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Bolmart” supermarket | Nizami rayonu, Q.Qarayev pr., ev 46 | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 | “Xəzər” market | Nəsimi rayonu, H.Əliyev küç., 3-cü mkr, ev 40 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Grand” market | Sumqayıt şəhəri, 6-cı mkr | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
6 | “888” market | Şamaxı şəhəri, Bakı-Qazax yolu | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
7 | “Elçin” market | Bərdə rayonu, Güloğlular kəndi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
8 | “Azər” market | Bərdə rayonu, Güloğlular kəndi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
9 | “İlknur” market | Bərdə rayonu, Güloğlular kəndi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
İctimai iaşə müəssisələri | |||
10 | “Black City” pub | Xətai rayonu, Y.Səfərov küç., ev 22 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Qazibey” restoranı | Xətai rayonu, Xocalı pr.,ev 32 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Boss” pub | Xətai rayonu, Xocalı pr.,ev 22A | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | Mikayılov Dəyanət Savalan oğluna məxsus dönərxana | Şamaxı şəhəri, Bakı-Qazax yolu | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |