2022-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti (DƏMX) müxtəlif müəssisələrdə 104 işçinin əmək müqaviləsinə
qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, xidmət tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin hər biri əvvəlki işlərinə bərpa etdiriliblər.
Həmçinin son bir ildə işəgötürənlər tərəfindən 628 min manatdan çox məbləğdə
sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 95 faizini əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən
ödənilməli olan sosial müavinət və kompensasiyalar təşkil edib.