Son günlər qarın yağması nəticəsində ölkə əhalisi pozitiv məqamlarla yanaşı, travmalar və qəzalar yaşamalı olublar. Belə hallarda həkiməqədər necə yardım etmək olar?
TIME bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq-ortoped Kamil Eyvazov nazirliyin sosial media hesablarına qarlı və şaxtalı hava şəraitində xəsarətlərin qarşısının alınması ilə bağlı gələn sualları cavablandırarkən bu məsələ ilə bağlı tövsiyyələrini qeyd edib.
Qış idman növləri ilə məşğul olarkən və küçədə zədə aldığı zaman həkiməqədər ətrafdakı insanlar zərərçəkənə necə yardım göstərdikdə son dərəcə ehtiyyatlı olmalıdırlar.
Ekspertin sözlərinə əsasən, yüksək enerjili travmalarda baş beyin və onurğa beyin zədələnmələri ehtimalı olduğundan mütləq həkim çağrılmalı və təcili yardıma xəbər verilməlidir: “Bu halda xəstələrin daşıma xərəyi olmadan mülkü nəqliyyat vasitəsi ilə daşınılması ikincili xəsarətlərin yaranmasına səbəb ola bilər. Kiçik enerjili travmalar zamanı hissiyat və hərəkət problemi olmayan ağrısı azalmadan davam edən xəstələrin immobilizasiya sonrasında yaxınlıqdakı xəstəxanaya aparılması tövsiyə olunur. Yeriyə bilməyən və ağrısı çox olan vətəndaşlar təcili yardım çağrılaraq xəstəxanaya çatdırılmalıdır”.