Azərbaycan Respublikası Nazirlər Kabineti ekoloji ekspertizanın aparılması qaydasında dəyişiklikləri təsdiq edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərar “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2001-ci il 22 fevral tarixli 41 nömrəli, “Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” 1999-cu il 16 iyun tarixli 99 nömrəli və “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 may tarixli 184 nömrəli qərarlarında dəyişiklik edilməsini nəzərdə tutur.
Qərarla Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydası təsdiq edilib.