“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na adyunktura ilə bağlı hissə əlavə edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən qəbul qaydalarına aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir:
“5-1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı
5-1.1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə
ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları
müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların
tələblərinə uyğun olaraq təsdiq edilir.
5-1.2. Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da
şamil edilir.
5-1.3. Adyunkturaya ali təhsil müəssisələrinin magistratura
səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin nizamnamələrində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil müəssisələrində
çalışan professor-müəllim heyətindən olan şəxslər, habelə milli
təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında)
çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə alınmaqla qəbul
olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında
(qurumlarında) çalışan mülki şəxslər adyunkturaya qəbul üzrə
müsabiqəyə çalışdıqları dövlət orqanlarının (qurumlarının)
göndərişləri əsasında buraxılırlar.
5-1.4. Adyunkturaya qəbul “Milli təhlükəsizlik və hərbi elmlər”
elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
5-1.5. Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin
təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
5-1.6. “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə
doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada
yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.
5-1.7. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı
prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya
əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət
orqanının razılığı əsasında aparıla bilər.”.

Leave a Reply