Sənaye zonalarının rezidentləri 1 mlrd. manat dəyərində məhsul ixrac ediblər

Azərbaycanda sənaye zonalarının rezidentləri indiyədək 2,9 mlrd manat dəyərində məhsul satışı həyata keçiriblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter paylaşımında yazıb.

“İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb. 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb. Sənayezonaları-nda 10.400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 mln. manata yaxın investisiya-nın yatırılması və 4.200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”,- nazir tvitində qeyd edib.

Leave a Reply