Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə pensiyaların köçürüləcəyi vaxtı açıqlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurumun rəsmi Facebook səhifəsində pensiyaların bu gün köçürüləcəyi qeyd edilib.
“Bakı şəhəri üzrə əmək pensiyalarının ödənilməsi bu gün nəzərdə tutulub. Artımlarla bağlı ətraflı məlumat veriləcək”, – deyə sosial şəbəkə istifadəçilərinin suallarının cavablayarkən DSMF əməkdaşı bildirib.
Qeyri-rəsmi məlumata əsasən, pensiyalar saat 17.00-da köçürüləcək