Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 26 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “İran Nemətləri” mağazası | Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 | “Army Ekspress” market | Sumqayıt şəhəri, 3-cü mkr | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
3 | “Zeytun” aptek | Şirvan şəhəri, H.Əliyev pr., ev 485D | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Şahinoğlu” market | Bərdə rayonu, Güloğlular kəndi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 | “Aran” market | Bərdə şəhəri, Bakı küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
6 | “Bizim” market | Bərdə rayonu, Güloğlular kəndi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
7 | “Zeytun” aptek | Gəncə şəhəri, N.Nərimanov pr., ev 196 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 | “Zeytun” aptek | Tovuz şəhəri, H.Əliyev prospekti | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri | |||
9 | “Seven” pub | Nizami rayonu, T.Abbasov küç., ev 120, 122, 124 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “Senator” pub | Oğuz şəhəri, H.Əliyev prospekti | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 | “Həyat” çay evi | Oğuz şəhəri, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Görüş” kafesi | Şəmkir rayonu, Dəllər qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |