Azərbaycanda faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qar örtüyünün hündürlüyü: Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə 4, Ələt, Pirallahıda 1 sm-dək olub.

Külək şimal-şərq küləyi Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Duman Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub. Görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Bakıda və Abşeron yarımadasında 3°-dək şaxta, Naxçıvan MR-da 8-11° şaxta, dağlıq rayonlarda 10-16° şaxta, Aran rayonlarında 2°-dək şaxta olub.

Leave a Reply