WhatsApp internet senzura ilə mübarizədə proksi dəstəyini təqdim etdi

Cümə axşamı META şirkəti öz bloqunda yeni funksionallıq barədə məlumat yayıb.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şirkətin bəyanatına görə bu həll WhatsApp bloklandığı ölkələrdə insanların onu istifadə edə bilməsi üçün nəzərdə tutulub.

“2023-cü ilin başlamasını şəxsi mesaj və ya zənglər vasitəsilə qeyd etsək də, bir çox insan əvvəlki kimi bloklamalara görə yaxınları ilə əlaqə qurmaq imkanından məhrumdur”, — bloqdakı bəyanatda qeyd olunub.

“Köməklik göstərmək üçün bu gün bütün dünyada WhatsApp istifadəçiləri üçün proksi dəstəyini işə salırıq ”.

WhatsApp əlavə edib ki, proksi server vasitəsilə istifadəçilər proqrama bütün dünyada könüllülərin və təşkilatların yaratdığı serverlər vasitəsilə qoşula biləcəklər. Bu məqsədlə şirkət istifadəçilərin mövcud proksilərə qoşulması üsulunu göstərmək məqsədilə onlara ayrı proksi serverlə yanaşı şəxsi serverlərini tənzimləməyə kömək etmək üçün təlimat tərtib edib.

Hazırda WhatsApp-ın son versiyasını istifadə edən hər kəs ona proksi server vasitəsilə qoşula bilər. WhatsApp nümayəndələri hesab edir ki, proksi vasitəsilə qoşulma proqramın təmin etdiyi yüksək səviyyədə məxfiliyi və təhlükəsizliyi dəstəkləyir.

“Şəxsi danışıqlarınız əvvəlki kimi iki tərəfli şifrələmə ilə qorunacaq, yəni danışdığınız insanla aranızda qalacaq və proksi serverin sahibi və ya şirkət sahibləri onları görməyəcək”, – şirkət qeyd edib. Yeni funksiya Meta şirkəti giriş məlumatlarını toplayaraq və istifadəçiləri aldadaraq saxta WhatsApp versiyalarını yükləməyə vadar edən üç çinli tərtibatçını məhkəməyə verdikdən bir neçə ay sonra tətbiq olunub.

Leave a Reply