Ötən yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb

Yanvarın 9-da ölkə ərazisində avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.   

TIME rəsmi mənbəyə istinadən bildirir ki, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Bununla yanaşı, ölkə ərazisində ötən gün qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Leave a Reply