Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 27 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “E-N” market | Nizami rayonu, Özbəkistan küç., ev 1, giriş 3 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 | “2 Qardaş” market | Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
3 | “Şərq” market | Abşeron rayonu, Masazır qəsəbəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 | “Anar” market | Şamaxı şəhəri, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 | “Şəfa Zeytun” aptek | Salyan şəhəri, Ələt-Astara yolu 59 km | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | Əkbərov Azər Yunis oğluna məxsus market | Bərdə rayonu, Güloğlular kəndi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
7 | “Marif” market | Bərdə rayonu, Güloğlular kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
8 | “Evro” aptek | Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi 8 | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
9 | “Gəncə” aptek | Gəncə şəhəri,Təbriz küçəsi 54 | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
10 | “Üç Qardaş” apteki | Yevlax şəhəri, H.Əliyev prospekti | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 | “Vasif” market | Yevlax şəhəri, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Rahat” market | Yevlax şəhəri, H.Əliyev prospekti | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | “Rəşadoğlu” aptek | Yevlax şəhəri, C.Mustafayev küçəsi | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri | |||
14 | “Astoria” hotel | Nizami rayonu, Babək pr., ev 49 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “33” kafesi | Xətai rayonu, M.Hadi küç., ev 73 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Ev şəraitində hazırlanan məhsulların satışı |
16 | “Kardinal” çay evi | Xətai rayonu, M.Hadi küç., 2945-ci məhəllə | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 | “Berlin” dönər evi | Nərimanov rayonu, F.Xoyski küç., ev 830 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
18 | Cəbrayılov Ramil Malik oğluna məxsus dönər evi | Şamaxı şəhəri, Əzizbəyov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |