Laçın yolunda etiraz aksiyası 30 gündür davam edir

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya Türkiyə müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 30 gündür ki, davam edir.

TIME Trend-ə istinadən bildirir ki, qarlı havaya baxmayaraq, səhər saatlarından etibarən aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Leave a ReplyCancel reply