Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub

Son iki gün ərzində kəskin hava şəraiti ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonları ərazisində 35 yol nəqliyyat hadisəsi baş verib.

TIME Trend-ə istinadən bildirir ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 – 2- 08.01.23 – 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 (07.01.23 – 4 – 08-01-23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.”

Qubada 15 (07.01.23 – 6 – 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.”

Leave a Reply