Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, atəşkəs rejimi yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər qüvvədə olacaq.
“Döyüş bölgələrində pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də Məsihin mövlud günü mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.