Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13° isti, aran rayonlarında 13°-dək isti, dağlıq rayonlarda 2°- şaxtadan 3°-dək isti olacaq.
Bakıda və Abşeron yarımadasında
dekabrın 31-i
Hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
yanvarın 01-də
Havanın yağmursuz olacağı gözlənilir.
Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
yanvarın 02-də
Hava şəraiti əsasən yağmursuz keçəcək.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq.
yanvarın 03-də
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.
yanvarın 04-də
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-14° isti olacaq.
Azərbaycanın rayonlarında
31 dekabr-04 yanvar tarixlərində
Hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.