Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2023–2025-ci illərdə Fəaliyyət Planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirməsi və Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Leave a Reply