Xadimənin elektrik mikserinə düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Xadimənin elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Leave a Reply