“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı genişləndirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabineti “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli fərmanlarının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1511) ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”yə əlavə – “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”na aşağıdakı məzmunda 11-ci və 12-ci sətirlər əlavə edilsin:
11. | Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti |
12. | Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti |