Bugünki sual:”Oxumaq və yazmaq üçün ideal məkan sizin təsəvvürünüzdə necə olmalıdır?”.

You get to build your perfect space for reading and writing. What’s it like?

Bu günün sualı “Oxumaq və yazmaq üçün ideal məkan sizin təsəvvürünüzdə necə olmalıdır?”. Çox yaxşı və aktual sualdır, çünki elə ofislər var ki, orada nəinki ideal, hətta standartlara yaxın belə iş şəraiti yoxdur.

Həyatının böyük hissəsini oxuyub yazmaqla məşğul olan insan kimi deməliyəm ki, bunun üçün ideal məkan deyil, maraq və istək lazımdı. Bunlar olduğu halda, hətta qaranlıqda fənərlədə, oxuyub yazacaqsınız. Misal üçün, mən hazırda bu sualın cavabını heçdə ideal şəraitdə yazmıram.

Lakin idealda, oxuyub yazmaq üçün təbii günəş işığına yaxın işıqlandırmanın, göz səviyyəsində quraşdırilmış kompüter ekranının, simsiz “mouse” və klaviaturun, masanın səviyyəsinə uyğun tənzimlənən rahat kreslonun (dəridən olmayan) olması arzuolunandır.

Otaqda həzin instrumental musiqi sədalarının səslənməsi iş prosesinin dahada yaxşı getmesinə müsbət təsir edir.

Ofis şəraitində oxuyub yazanlara musiqiyə qulaqcıqlarda qulaq asmaq tövsiyyə olunur ki, həm ətrafdakılara mane olmasınlar, həmdə musiqini istədikləri səslə dinləyə bilsinlər.

Məncə oturduğunuz masanın üstündə tör-töküntünün olması fikirləri toplayıb normal mətn yazmağa mane ola bilər, lakin elə insanlar var ki, onlar üçün bunun önəmi yoxdur.

Otaqda dibçək bitkilərinin olması onun havasının təbii olaraq təmizlənməsinə kömək edər və gözəllik qatar.

Yanında şokolad, quru meyvə və ya çərəz olan bir fincan sitrusla berqamotlu çay və ya qəhvə bu gözəl iş şəraitini tamamlayar.

Bəs siz ideal iş şəraitini necə təsəvvür edirsiniz?

Aynur Vəliyeva

Leave a Reply