Ərzaq mallarının ölkə ərazisindən aparılmasının tənzimlənməsi ilə bağlı qərara dəyişiklik edilib

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərarıda dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanıb.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.

Leave a Reply