Şahmar Mövsümov:Məqsədlərimizdən biri KOB-un qeyri-neft-qaz sektorunda ÜDM payının 35 faizə çatdırılmasıdır

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas məqsədlərimizdən biri kiçik və orta biznesin (KOB) qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda (ÜDM) payının 35 faizə çatdırılmasıdır.

TIME bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dayaq” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı onuda deyib ki, ölkədə sahibkarlığın inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilir.

“Ölkədə qeyri-neft-qaz sektorunda KOB məşğulluğunun xüsusi çəkisinin 60 faizə çatdırılması da nəzərdə tutulub. Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusən də KOB-ların inkişafına yönəlib”, – deyə Ş.Mövsümov qeyd edib.

Leave a ReplyCancel reply