Pensiya təyinatı zamanı sığorta stajının müddəti artırıldı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.

Mövcud qanunvericilikdə isə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Leave a Reply