Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişikliklər edilib

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi (DGK) sədrinin iki müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncam əsasən, İqbal Alıcan oğlu Babayev və Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər.

Prezident İlham Əliyev digər sərəncamına əsasən Natiq Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Leave a Reply