Dövlət Gömrük Komitəsi yeni elektron xidmət təqdim edib – VİDEO

Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahətləriniz zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyinizə şərait yaradacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə  xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən  məkandan e.customs.gov.az  portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.

Yeni xidmət valyuta və nəqliyyat  vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən  xarici vətəndaşlar da istifadə edə bilərlər.
Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə,  rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq.

Leave a Reply