Bugünki sual: Heç avtomobil qəzasına düşmüsünüz?

Have you ever been in an automobile accident?

Don’t rush to die

Bu sualın ictimaiyyətdə niyə maraq doğura biləcəyini anlamıram, məncə bu şəxsi məlumatdır… Amma sualın cavabı fövgəladə məxfilik tələb etmədiyinə görə cavab verə bilərəm – xoşbəxtlikdən bugünədək avtomobil qəzasına düşməmişəm.

Lakin mövzu əslində bizim şəhərimiz üçün aktualdır. Evimin pəncərələri avtomobil yoluna çıxdığına görə tez-tez avtomobil qəzalarının, insanların bu qəzalarda xəsarət aldıqlarının şahidi oluram. Bəzən gün ərzində bir neçə dəfə avtomobil qəzası şokunu keçirdirəm.

Adətən bu avtomobil qəzaları adi diqqətsizlikdən, sürəti aşma səbəbindən baş verir. Onuda deyim ki, yay aylarında qəzaların sayı daha çox olur. Ola bilsin, bu yaxınlıqdakı istirahət mərkəzlərinin və çimərliklərin çoxluğundan baş verir. İnsanlar əylənməyə və ya əyləndikdən sonra evlərinə tələsirlər…

Əksər hallarda yol polisi anında hadisə yerinə qəlir, lakin Təcili Tibbi Yardım Xidməti maşınlarını xəsarət alanlar gözləməli olurlar.

Bu ilin avqust ayına olan məlumata əsasən, Azərbaycanda yol qəzalarında hər gün 2 insan ölür, 4-5 nəfər isə qəza nəticəsində əlil olurlar.

Bu dəhşətli rəqəmlərdir və ekspertlərin rəyinə görə ölüm və əlilliklə nəticələnən hadisələrin səbəbi çox vaxt Təcili Tibbi Yardım maşınlarının tıxaclara görə vaxtında gəlmədiyindən və bu xidmətin işçilərinin yerində yardım göstərməkdə çətinlik çəkmələri ilə bağlıdır.

Qəza nəticəsində həlak olanların sayı ötən illə müqayisədə 10,3 faiz, yaralananların sayı isə 7,9 faiz artıb.

Bunun daha bir səbəbi Bakının urbanizasyası nəticəsində şəhərdə insanların və avtomobillərin həddən çox olmasıdır. Avtomobil sürücülərinin hər gün, bəzən saatlarla, tıxaclarda qalması, itirilmiş vaxtı sürəti artırmaqla geri qaytarmaq cəhdləri və əsəb gərginliyi bir çox hallarda qəzalara səbəb olur.

Bakının tıxac problemi isə ildən ilə azalmaq yerinə artır, çünki şəhərimizdə alternativ yollar yox dərəcəsindədir, insanlar qısa məsafələrə belə avtomobillə getməyə üstünlük verirlər, tələbələr və məktəblilər bir çox hallarda evlərindən çox uzaqda yerləşən təhsil ocaqlarına valideynləri tərəfindən avtomobillə gətirilirlər və ya qəlirlər, “Məktəb avtobusu” təcrübəsi tətbiq edilmir.

Nəqliyyatın idarəetməsi istiqamətində uzunmüddətdi aparılan işlər nisbət etibarı ilə müsbət dəyişikliklər baş verir, lakin çox təəssüf ki, gözlənilən effekti vermir. Səbəblərimiz çoxdur…

Aynur Vəliyeva

Leave a Reply