Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülür.

TIME Trend-ə istinadən bildirir ki, bu məlumatı bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop açıqlayıb.

“Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi üçün mənim müraciətim var. Həmçinin müxtəlif ölkələrdən parlament sədrləri və deputatların müraciətləri olacaq”, – deyə M.Şentop əlavə edib.

Leave a Reply