Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti növbəti maarifləndirici video çarx hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni video çarx “Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda və ya ona xitam verdikdə nə etməlidir?” mövzusundadır.
DVX-nin kiçik sahibkarlıqla iş departamentinin direktor müavini İlkin Həsənov vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda və ya ona xitam verdikdə vergi və sosial sığorta borcu yaranmasın deyə nə etməli olduğu ilə bağlı ətraflı məlumat verib.