Su sayğacının plombu qırılıbsa nə etmək lazımdır? – VİDEO

“Azərsu” ASC növbəti maarifləndirici video çarx hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni video çarxda su sayğacının plombu qırıldığı halda onun bərpası proseduru haqda məlumat təqdim edilib.

Belə ki, sayğacın qırıma səbəbini müəyyən etmək üçün “Azərsu”-nun 955 qaynar xəttinə müraciət edilməlidir.

Qurumun nümayəndələri sayğaca baxış keçirdikdən sonra rəsmi rəylərini bildirirlər. Sayğacın uzun istifadə nəticəsində sıradan çıxdığı məlum olduğu halda o yenisi ilə əvəz edilir və abonent bunun üçün ödəniş etmir.

Sayğaca kənardan qəsdən müdaxilə olunduğu müəyyən edildiyi aşkar edildikdə isə, akt tərtib edilir, müvafiq tədbirlər tədbiq olunur, sayğacın yararlılığı müəyyən edilir və o istifadəyə yararlıdırsa o yenidən quraşdırılır.

Sayğac müdaxilə nəticəsində yararsız hala gətirildiyi halda isə, o yenisi ilə əvəz edilir və yeni sayğac quraşdırılması işləri abonentin vəsaiti hesabına aparılır.

Leave a Reply