Bugünki sual: Siz nə dərəcədə kreativsiniz?

Bu günün sualı “How are you creative?” oldu, yəni “Siz nə dərəcədə kreativsiniz?”. Adətən qeyri-standart düşüncə nümayiş etdirən, ünsiyyətə maraq göstərən və həmsöhbətlərin düşüncə prosesini stimullaşdıran şəxs yaradıcı – kreativ sayılır.

Məncə kreativlik insanın individuallığının bir hissəsidir. Bütün insanların özünəməxsus tərzi var, bu geyimdə, davranışda, təbiətimizdə özünü biruzə edir, sadəcə kimdəsə bu daha yaxşı alınır və rəğbətlə qarşılanır. Bəzi insanlar isə mövcud olan kreativliklərini geniş auditoriyaya nümayiş etməyə utanırlar, sevmirlər və ya bacarmırlar.

“Google” deyir ki, kreativ insanlar bir neçə tələbə cavab verməlidir. Belə ki, əgər siz kreativsinizsə:

  • Beyniniz assosiasiyalar axtarmağa meyllidir, yəni güclü fantaziyanız var
  • Siz orijinallığa can atırsınız
  • Siz yüksək motivasiyalısınız
  • Siz iddialısınız
  • Siz çevik insansınız
  • Siz emosional olaraq qeyri-sabitsiniz

Məndə bu altı xüsusiyyətdən beşi olduğu üçün, düşünürəm ki, kreativəm. Mənimlə razısınız? Bəs siz necə düşünürsünüz, kreativsiniz?

Fikirlərinizi şərhlərdə yazın, sizin fikriniz mənim üçün önəmlidir.

Aynur Vəliyeva

Leave a ReplyCancel reply