Yanvarda dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahanların 15 yanvar 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 15 yanvar 2023-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il 15 yanvar tarixində keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 12 yanvar saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 15 yanvar saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 6 yanvar saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 12 yanvar saat 11:00-dək həyata keçiriləcək.

Leave a ReplyCancel reply