Vətəndaşlar hansı sosial ödənişlər üçün dövlətə müraciət edə bilərlər?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri cari il ərzində 5726,4 milyon manat proqnazlaşdırılır.

TIME bildirir ki, DSMF-nin sədri Himalay Məmişov  bu gün 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında onuda deyib ki, 2021-ci illə müqayisədə 10,6% artım müşahidə olunur.

“Daxilolmalarım həcmi proqnozlara nisbətən 5 faiz artacaq. Əmək pensiyaları üzrə əhaliyə ödənişlər cari il üzrə 4946,2 mln manat olub. Ötən illə müqayisədə 7,8 faiz artım müşahidə olunur”,- deyə o əlavə edib.

Fondun sədri bildirib ki, minimum pensiya məbləği 200 manatdan 240 manata çatdırılıb və 40 min nəfəri əhatə edib. Bu il ərzində ünvanlı yardım üçün ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılıb və 280 min nəfəri əhatə edir.

“Üçüncü sosial islahat paketi davam etdirilir. Aparılan islahatlar çərçivəsində əmək pensiyalarının orta aylıq məbləğində artım görülür. Yaşa görə əmək pensiyasının məbləğidə ciddi şəkildə artıb. Bu keçən illə müqayisədə 11% artım deməkdir”, – deyə o əlavə edib.

Bununa yanaşı, bu il 1991-1997ci illərdə hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələr verilib. Bu layihə çərçivəsində 16 min 679 şəxsə birdəfəlik ödəniş ayrılıb.

“Naxçıvandan olan 441 şəxsə və əlavə məhkəmə qətnaməsi yoxlanılan 1109 şəxsə ödənişlər həyata keçirilib”,- deyə o qeyd edib.

Dövlət rəsmisinin sözlərinə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlərin ödənilməsi nəzərdə tutulub.

“Mexanizm hələ ki, dəqiq deyil, birdəfəlik müavinətlər müraciət əsasında təyin olunacaq”,- deyə o əlavə edib.

H. Məmişov onuda bildirib ki, kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq, lakin bunun üçün vətəndaş müraciət etməlidir.

“Müraciət zamanı vətandaş kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”,- deyə o əlavə edib.

Artıq ödəmələrdən bəhs edərək Fondun sədri, son illər araşdırmalar nəticəsində 32 mindən artıq şəxsə artıq ödəmə müəyyən olunduğunu və növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artacağını istisna etməyib.

“2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa edilib”,- deyə o əlavə edib.

Leave a Reply