“Bayraktar Teknoloji Azərbaycan” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdan keçib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, şirkət dövlət reyestrində 6 oktyabr 2022-ci il tarixində qeydiyyatdan keçib.

Yeni yaradılan şirkətin nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.
“Bayraktar Teknoloji Azərbaycan”-ın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Adore Plazadır.
Qeyd edək ki, “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalçısıdır.