Azərbaycana Zəfər sevincini yaşadan ilk Prezidentin bu gün ad günüdür!

Bu gün, 24 dekabr, yüksək siyasi peşakarlığı ilə ölkəmizə Zəfər gətirən ilk Prezident – İlham Əliyevin doğum günüdür.

II Qarabağ müharibəsində qalib olduğumuzdan sonra dünyada baş verən hadisələrə nəzər saldıqda, Azərbaycanda doğulub yaşadığım üçün və prezidentimizin İlham Əliyev olduğu üçün şanslı olduğumuzu dərk etdim.

Dövlət başçımızın vaxtında qəbul edilmiş qərarları və apardığı siyasət olmasaydı bu gün biz bəlkədə Ukraynadan da pis vəziyyətdəydik, dini və milli tolerantlığımız olmasaydı İranda baş verənlər bizim ölkəmizdə dahada böyük əks səda yaradardı, rəqibimizi nəyin bahasına olursa olsun əzib kəçməyə üstünlük versəydik Rusiyada olduğu kimi bizə qarşıda sanksiyalar tətbiq edilərdi.

İlk dəfə Azərbaycan Prezidenti seçildikdə İlham Əliyev ölkənin gələcəyi ilə bağlı verdiyi vədlərə bu gündə sadiq qalıb və ölkəmizin xoşbəxt gələcəyi üçün əlindən qələni edir.

“Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm və söz azadlığı təmin ediləcək. Ölkəmiz müasir bir dövlətə çevriləcək. Bütün bunlara nail olmaq üçün Azərbaycanda çox işlər görülməlidir. Ancaq bütün bunları reallaşdırmaq və Azərbaycanı qüdrətli bir dövlətə çevirmək üçün ilk növbədə ölkədə Heydər Əliyev siyasətini davam etdirmək lazımdır”, – deyə Prezident İlham Əliyev qeyd etmişdir.

Bu nitqin söyləndiyi gündən ötən illər ərzində bütün verilən vədlərin necə mərhələli şəkildə gerçəkləşdiyinin şahidiyik və gələcəyə ümidimizi itirmirik.

Son bir neçə illər ərzində sosial mühafizə sahəsində ölkəmizdə genişmiqyaslı işlər görülür. Bütün dünyanın böhran keçirdiyi bir dövrdə dövlətimiz əhalinin bütün təbəqələrinin rifahını düşünərək böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirir, çətin vəziyyətdə olan ölkələrə dəstək olur. Reqionda artıq önəmli mövqe tutmuş bir ölkəyə çevrilmişik.

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev dediyi sözlərin arxasında duraraq ildən-ilə Azərbaycanın inkişafı, dünya səviyyəsində müsbət imic qazanması uğrunda çalışıb, ölkəmizin ərazi bütövlüyünü bərpa edib, işğal altında olan torpaqlarımızı azad etməyə müvəffəq olub, xalqımıza qalibiyyət sevincini yaşadıb, illər boyu doğma torpağını görmək arzusu ilə yaşayan insanların gözləntilərini gerçəkləştirib.

Dövlət başçımızın rəhbərliyi altında düşmənin işğal dövründə xarabazar etdiyi şəhərləri və rayonları qısa zamanda bərpa etməyə, kommunikasiyaları, infrastrukturu, kommunal və sosial xidmətləri bərpa etməyə müvəffəq olmuşuq.

Sosial şəbəkələrdəki, paylaşımları izlədikdə bəzən insan özünü yuxudaymış kimi hiss edir… Bir neçə il bundan öncə bir çoxlarının Şuşada, Cəbrayılda, Laçında və digər işğal altında olan torpaqlarda festivalların, konfransların, səyahət turlarının keçirləcəyi heç ağlınada gəlməzdi. Bu gün isə Azərbaycanın yeni reallığı Qarabağın dirçəldilməsinə atılan adimlardır.

Azərbaycanla Türkiyənin məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə əsl qardaşlıq münasibətlərinin inkişafına nail olundu və digər qonşularla səmimi dostluq münasibətləri, provokasiyalara baxmayaraq, qorunub saxlanıldı.   

Nəticə olaraq, bu gün Azərbaycan Prezidenti həyatının yeni ilinə, ədalətli Zəfər qazanmış, düşmənin dinc əhalisinə qarşı humanistlik nümayiş edən, yaradıcı ölkənin dövlət başçısı kimi qədəm qoyur.

Time.Net.Az internet portalının kollektivi cənab Prezident İlham Əliyevə həyatının yeni ilində sülh saazişlərinin bağlanmasını, qarşısında qoyduğu bütün məqsədlərinə nail olmasını, ailəsinin daha da artmasını, cansağlığı və xoşbəxtlik arzu edir!!!

Leave a Reply