Azərbaycanın əmək bazarında ən aktual fəaliyyət sahələri açıqlanıb.
TIME bildirir ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında qeyd edib ki, nazirlik tərəfindən əmək bazarının təhlili həyata keçirilir
“Yeni peşələr Azərbaycanın əmək bazarına daxil olan mühəndisliklə, informasiya texnologiyaları ilə bağlı olan peşələrdir. Hazırda 175 aktual peşənin içərisində ən böyüyünü İKT, kənd təsərrüfatı, turizm peşələri təşkil edir”, – deyə sədr qeyd edib.